Taliban bugünkü Kabil və Pərvan partlayışlarının məsuliyyətini üzərinə götürüb
-
Taliban bugünkü Kabil və Pərvan partlayışlarının məsuliyyətini üzərinə götürüb
Taliban qrupu bu gün Əfqanıstanın Kabil şəhəri və Pərvan vilayətindəki terror partlayışlarının məsuliyyətini üzərinə götürüb.
Bu gün axşam Kabildə ABŞ səfirliyinin yaxınlığında və Əfqanıstan müdafiə nazirliyinin binalarından birinin qarşısında bomba partlayıb. Bu zaman nazirliyin işçiləri binanı tərk etməkdə imişlər.
Taliban qrupu bu partlayışın məsuliyyətini üzərinə götürüb.
Müşahidəçilərin sözlərinə görə, Kabil partlayışında 16 nəfər ölüb, 45 nəfər də yaralanıdır. Bu haqda daha dəqiq məlumat yoxdur.
Taliban qrupu həmçinin Pərvan vilayətinin Çarikar şəhərindəki bomba partlayışının məsuliyyətini qəbul edib.
Bu bomba Əfqanıstan prezidenti Mohəmməd Əşrəf Qəninin seçki çıxışının keçirildiyi məkanın yaxınlığında partlayıb, lakin ona zərər dəyməyibdir.
Bu partlayışda 26 nəfər ölüb, 42 nəfər də yaralanıbdır. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.