Yəmənlilərin qanuni müdafiədəki əzmkarlığı
Aramko təsisatlarına qarşı hücumdan sonra səud rejiminin iqtisadi ziyanının artması ilə yəmənlilər vurğulayıblar ki, həssas mərkəzləri hədəfə almaq qabiliyyətinə malik modern silahlara malikdirlər, amma əməliyyat prosesi nəzərdə tutulmuş planlar əsasında irəliləyir.
Ənsarullah hərəkatının müzakirə heyətinin sədri Muhəmməd Əbdussəlam deyib: Əmirliklər bizim hədəflərimizin mərkəzində durmaqda davam edir və onu hədəfə almaqdan vaz keçmək üçün heç bir qərar çıxarılmayıbdır. Əmirliklər səudlara hücumlar kimi bir əməliyyata tab gətirə bilməz. Əbdussəlam əmirliklərin Yəməndən geri çəkilmək barədəki iddialarını yayındırıcı və yəmənlilərin hücumlarının qarşısının alınması üçün irəli sürüldüyünü bildirib.
m.k- Bizim əmirliklər daxil olmaqla Yəmənə təcavüz etmiş bütün ölkələr qarşısındakı mövqeyimiz budur ki, hər an hazır olsunlar. Əmirliklərə hücum etməyin vaxtı gəlib çatıbdır. Zira onlar aldatmaq ilə məşğuldurlar.
m.k- Ənsarullah hərəkatının baş katibi Seyyid Əbdulməlik əmirliklərdən istəyibdir ki, sədaqətlə davransın və onlara nəsihət edibdir. BƏƏ-çilər elə təsəvvür yaratmaq istəyiblər ki, Yəməndən geri çəkilməkdədirlər. Amma həqiqət bundan ibarətdir ki, onlar qüvvələrin yeni düzülüşünə başlayıblar.
Muhəmməd Əbdussəlam vurğulayıb ki, təcavüzkar ölkələri hədəfə almaq barədə yəmənli qüvvələr üçün heç bir qırmızı xətt mövcud deyil. O, Amerikanın Ənsarullah hərəkatı ilə görüş keçirmək istədiyini bildirərək, əlavə edib: Onlar üçün yalnız görüş mühümdür, amma bizim üçün Yəmənə təcavüzün dayandırılması. Səudlar bilməlidirlər ki, Amerikanın onları mühafizə etməsinə söykənmək olmaz.
m.k- Amerika yalnız öz maraqlarının fikrindədir. Yəmənə və ərəbistana əhəmiyyət vermir. Və hətta ərəb və islami ölkələr Amerika üçün mühüm deyildir.