Fələstinli müxbirlər Qəzzənin mühasirəsinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349839-fələstinli_müxbirlər_qəzzənin_mühasirəsinə_etiraz_ediblər
Onlarla fələstinli müxbir Qəzzə zolağının sionist rejim tərəfindən onüçillik mühasirəsinə etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2019 16:53 Asia/Baku
  • Fələstinli müxbirlər Qəzzənin mühasirəsinə etiraz ediblər
    Fələstinli müxbirlər Qəzzənin mühasirəsinə etiraz ediblər

Onlarla fələstinli müxbir Qəzzə zolağının sionist rejim tərəfindən onüçillik mühasirəsinə etiraz olaraq aksiya keçirib.

Fələstinli müxbirlər Qəzzə zolağının mərkəzinə toplaşaraq, bu məntəqənin mühasirəsinin aradan qaldırılmasını istəyiblər.

Qəzzədə informasiya qərargahı ofisinin sədri Səlamə Mərufun sözlərinə görə, Qəzzənin mühasirəsinin faciəli təsirlərinin miqyası bu zolaqda yaşayışı iflic edib və jurnalistlər də mühasirə və hücumdan amanda qalmayıblar.

Məruf bildirib ki, yaralı müxbirlər müalicə üçün Qəzzədən çıxa bilmirlər və onlar üçün peşəkar media təchizatlarının daxil olması imkanı da mövcud deyildir. O, sionist rejim qarşısında fələstinliləri himayə etmədiyinə görə, dünya ictimiaiyyətinin məsuliyyət daşıdığını bildirib.