Kərbəlada Ərbəin zəvvarlarına xidmət
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350371-kərbəlada_Ərbəin_zəvvarlarına_xidmət
Dünyanın 22 ölkəsindən 10700-dən çox çadır müqəddəs Kərbəlada Hüseyn(ə) Ərbəini zəvvarlarına xidmət göstərəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2019 12:53 Asia/Baku
  • Kərbəlada Ərbəin zəvvarlarına xidmət
    Kərbəlada Ərbəin zəvvarlarına xidmət

Dünyanın 22 ölkəsindən 10700-dən çox çadır müqəddəs Kərbəlada Hüseyn(ə) Ərbəini zəvvarlarına xidmət göstərəcək.

Kərbəlada Hüseyn çadırları və mərasimi bölməsinin müdiri Riyad Nəəmə Əlsalman bildirib ki, bu ilin Ərbəin mərasimində İraqın müxtəlif nöqtələrindən və 21 ölkədən olan bu miqdarda çadır yerləşdirilibdir.

Riyad Nəəmə Əlsalman əlavə edib: Kərbəla polisinin hüquq bölməsinin həmkarlığı ilə bu şəhərdə yerləşdirilən bütün çadırlar qanuni şəkildə qeydə alınılrlar.

Digər ilahi dinlərdən olan davamçılar və müsəlmanların böyük bir sayı Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ərbəin gününə bir neçə gün qalmış Nəcəf şəhərindən piyada şəkildə təqribən səksən kilometr məsafəni keçərək, özünü müqəddəs Kərbəla şəhərində o həzrətin pak ziyarətgahına çatdıracaq.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, təqribən on dörd milyon zəvvar, o cümlədən iki milyondan çox iranlı ötən il dünyada ən iri dini toplantı olan Hüseyn(ə) Ərbəini yürüşündə iştirak etdi.