Livanda onlarla etirazçı həbs edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350805-livanda_onlarla_etirazçı_həbs_edilib
Livan mənbələri bu ölkədə son xalq etirazlarında onlarla adamın saxlanıldığını bildiriblər
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2019 05:31 Asia/Baku
  • Livanda onlarla etirazçı həbs edilib

Livan mənbələri bu ölkədə son xalq etirazlarında onlarla adamın saxlanıldığını bildiriblər

Livan mediyaları dünən axşam təhlükəsizlik mənbələrinə istinadən 52 livanlı təhlükəsizlik əməkdaşının yaralanmasından , 70 etirazçının isə saxlanılmasından xəbər veriblər. 

Həmin mənbələrin bildirdiklərinə görə,həbs edilənlər dünənki etiraz aksiyalarında dövlət əmlakına ziyan vuranlar və təxribatçı hərəkətlərə əl atanlar olublar. 

Livanın müxtəlif şəhərləri o sıradan paytaxt Beyrut son günlər baş nazir Səd Həririnin iqtisadi siyasətlərinə qarşı xalq etirazlarının şahididir. 

Livan prezidenti Mişel Oun etirazçılardan ibarət bir qrup ilə görüşündə deyib: Xalqın əzablarını azaltmaq üçün əlindən gələni edəcəkdir.