Livan parlamentinin sədri: Livanlı etirazçıların tələblərinə baxılacaq
Livan parlamentinin sədri Nəbih Berri parlament üzvlərilə görüşdə deyib: İqtisadi durumun yaxşılaşdırılması layihəsində livanlı etirazçıların tələblərinə baxılacaqdır.
Nəbih Berrinin sözləri elə bir haldadır ki, Livan xalqının aksiyası dünən yeddinci günə daxil oldu və aksiyaçılar xalqı bu ölkənin müxtəlif nöqtələrində ümumi tətilə çağırıblar.
Livanın təhlükəsizlik qüvvələrinin əlaqə yollarını açmaq üzrə səylərinə rəğmən, hələ də bu ölkədə, xüsusən paytaxt Beyrutda onlarla yol bağlıdır.
Livan ötən həftənin cümə axşamı günündən bəri iqtisadi böhrana və vergilərin vəziyyətinə qarşı xalq etirazlarının şahididir.
İşsizlik, iqtisadi yoxsulluq, hökumətin böyük borcları, xüsusən iri korrupsiya həcmini Livandakı etirazların dörd əsas amili adlandırmaq olar. 35 yaşından aşağı Livan vətəndaşları arasında işsizlik göstəricisi təxminən 37 faizdir. Bu miqdarda işsizlik göstəricisi Livanda yoxsulluğun genişlənməsinə gətirib çıxarıbdır.
Livan hökuməti səksən altı milyard dollar borcla ölkə iqtisadiyyatının həcmi ilə müqayisədə dünyanın ən borclu hökumətlərindən biridir. Bu borcun həcmi Livanın illik ümumi istehsalından 1,5 dəfə çoxdur.