Noy 05, 2019 19:33 Asia/Baku
  • Etirazçılar Livanın əsas yollarının çoxunu bağlayıblar
    Etirazçılar Livanın əsas yollarının çoxunu bağlayıblar

Etirazçılar Livanın əsas yollarının çoxunu bağlayıblar.

Livanlı etirazçılar   Beyruta aparan yolları və ölkənin cənub və şimal əyalətlərindəki əsas yolları bağlayıblar.

Məlumata görə, Livan ordusu əsas əlaqə yollarını açmağa çalışır.

Livanlı etirazçılar həmçinin bildiriblər ki, bu axşam Livan parlamenti qarşısında piket keçirəcəklər.

Livan şəhərləri oktyabrın 17-dən bəri ölkənin iqtisadi vəziyyətinə etiraz olaraq kütləvi etirazların şahididir.

Livanlı etirazçıların aksiyalarının davam etməsi ilə bu ölkənin baş naziri Səəd əl-Həriri vəzifəsindən istefa verib və ölkə prezidenti Mişel Oun tərəfindən qəbul olunub.

Teqlər