Sionist rejimin Qəzzəyə hücumunda iki şəhid və üç yaralı
Sionist rejim ordusu bu gün səhər tezdən Qəzzə zolağının şərqinə hücum edərək, Fələstin İslam Cihadı Hərəkatının hərbi komandanlarından biri daxil olmaqla iki fələstinlini şəhid edib və üç nəfəri də yaralayıbdır.
Sionistlər Fələstin İslam Cihadı Hərəkatının hərbi komandanlarından olan Bəha Əbulətanın mənzilni bombalayıblar.
Bu arada sionist rejim ordusu bildirib ki, bu rejimin ordusu və xəfiyyə xidmətlərinin hücumunda Qəzzədə Fələstin İslam Cihadı Hərəkatının hərbi komandanlarından birinin olduğu bir bina hədəfə alınıbdır.
Qəzzə şəhərinin şərqində yerləşən Şucaiyyə məhəlləsi sionistlərin hücum hədəfinə çevrilibdir.
Qeyd olunan binanın partlmasından sonra sionist rejimin casusluq pilotsuzları geniş şəkildə Qəzzənin üzərində uçmağa başlayıblar.