Noy 12, 2019 18:56 Asia/Baku
  • Livanda xalq etirazları davam edir
    Livanda xalq etirazları davam edir

Livanda xalq etirazlarının 27-ci günündə etirazçılar ölkənin bəzi əsas yollarını bağlayaraq, bir daha yeni hökumətin təşkil ediməsi və korrupsionerlərin cəzalandırılmalarını istəyiblər.

Etirazçılar bu gün səhər Beyrutun bəzi bölgələri, Livanın şimal, həmçinin şərqdə yerləşən “Bəqa” və “Qub İlyas” bölgələrini bağlayıblar.

Bu gün həmçinin Beyrutun bəzi bölgələrində banklar, məktəb və universitetlər tətil elan olunubdur.

Livanlı etirazçılar bugünkü aksiyada qurtuluş hökumətinin təşkili, seçkilərin keçirilməsi, səsvermə yaşının 18-ə endirilməsi, iqtisadi problemlərin həlli, qarət olunmuş əmlakların tez bir zamanda geri qaytarılması və korrupsionerlərin cəzalandırılmalarını vurğulayıblar.

Livan oktyabrın 17-dən bəri məişət durumuna və ölkədə hökm sürən korrupsiyaya qarşı nümayişlərin şahididir.

Hərçənd Səəd Əlhəriri son günlər baş nazir vəzifəsindən istefa verdi, amma bu ölkədə xalq etirazları hələ də davam etməkdədir.

 

 

Teqlər