Trablosun yaxınlığında Həftər qüvvələrinə məxsus bir hərbi təyyarə məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353570-trablosun_yaxınlığında_həftər_qüvvələrinə_məxsus_bir_hərbi_təyyarə_məhv_edilib
Liviyanın milli birlik hökumətinin ordusunun havadan müdafiə qüvvələri dünən Trablosun yaxınlığında Xəlifə Həftərin başçılıq etdiyi Liviyanın Milli Ordusu adlanan qurupun bir ədəd MİQ23 hərbi təyyarəsini məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2019 06:31 Asia/Baku
  • Trablosun yaxınlığında Həftər qüvvələrinə məxsus bir hərbi təyyarə məhv edilib
    Trablosun yaxınlığında Həftər qüvvələrinə məxsus bir hərbi təyyarə məhv edilib

Liviyanın milli birlik hökumətinin ordusunun havadan müdafiə qüvvələri dünən Trablosun yaxınlığında Xəlifə Həftərin başçılıq etdiyi Liviyanın Milli Ordusu adlanan qurupun bir ədəd MİQ23 hərbi təyyarəsini məhv edib.

İRİB-in verdiyi məlumata görə, bu hərbi təyyarə Trablos səmasında uçarkən vurulub. 

Liviyanın Milli ordusu adlanan qurup Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və bəzi qərb ölkələrinin dəstəyi ilə, son aylarda Liviyanın şimalına doğru irəliləyib. Bu qrupun başçısı Həftər aprelin 4-də tabeliyində olan hərbçilərə Liviyanın paytaxtı Trablosa hücum əmri verdi. 

Həfrətin bu hərəkəti beynəlxalq ictimaiyyət tərəfindən pislənildi. 

Bu hücumdan indiyədək Trablosda 1090 adam ölüb və 5700 insan yaralanıb.