On ildə Əfqanıstanda yüz mindən çox əfqan mülki ölüb və yaralanıb
Dek 27, 2019 09:15 Asia/Baku
-
On ildə Əfqanıstanda yüz mindən çox əfqan mülki ölüb və yaralanıb
BMT-nin Əfqanıstan məsələləri üzrə ofisi ötən on ildə yüz mindən çox əfqan mülkinin ölməsi və yaralanmasından xəbər verib.
BMT-nin Əfqanıstandakı nümayəndəliyi bir açıqlamada bildirib ki, 2009-cu ildən/ BMT nümayəndəliyində əfqan mülkilərin tələfatının qeydə alınması prosesinin başlandığı bu günədək/ terror partlayışlarında və savaşlarda yüz mindən çox əfqan mülki ölüb və yaralanıbdır.
BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsi Tadamiçi Yamamoto Əfqanıstanda mülkilərin tələfatının artmasından nigarançılıq edib. O, toqquşan tərəflərdən istəyibdir ki, bu ölkədə sülhün bərqərarı üçün birbaşa müzakirələrə başlasınlar.
Belə bir halda, BMT son zamanlar cari milad ilində Əfqanıstanda müharibə didərginlərinin sayını 370 min nəfərdən çox elan edibdir.