Livanda yeni hökumətin həftənin sonuna təşkil olunacağı deyilir
Livanın irəliləyiş hökumətinin maliyyə naziri Əli Həsən Xəlil deyib: Hansısa bir hadisə baş verməzsə Livan hökuməti həftənin sonunadək qurulacaq.
İRNA-nın verdiyi məlumata görə, Əli Həsən Xəlil deyib: Hal-hazırda nazirlər kabinetini təşkil etməkdə məsuliyyət daşıyan baş nazir Həsan Dəyab ilə bəzi seçimlər və adlar barədə danışıqlar gedir və nazirliklərin paylaşması və hökumətin təşkilinin ümumi quruluşu razılaşdırılıb.
Xəlil deyib: Yeni hökumətin yaradılmasına qarşı ciddi maneə yoxdur.
Livan 17 oktyabrdan ölkədəki iqtisadi böhran və hakimiyyətin geniş korrupsiya əməllərinə qarşı xalq etirazlarının şahididir. Səd Əl-Həriri 29 oktyabrda xalq etirazlarının güclənməsi nəticəsində baş nazir vəzifəsindən istefa verməli oldu.
Sünni olan və Livanda ali təhsil naziri vəzifəsində fəaliyyət göstərmiş Həsan Dəyab 19 dekabrda Milli Məclisin 69 səsini qazanaraq 2-3 həftəyədək nazirlər kabinetinin üzvlərini müəyyənləşdirməli oldu.