Yan 03, 2020 13:58 Asia/Baku
  • Nəsrullah general Soleymaninin şəhadəti barədə: Bu əzəmətli şəhadətə qibtə edirəm
    Nəsrullah general Soleymaninin şəhadəti barədə: Bu əzəmətli şəhadətə qibtə edirəm

Livan Hizbullahının baş katibi şəhadəti, general-leytenant Qasem Soleymaninin son hədəfi adlandırıb və belə deyib: Bu əzəmətli şəhadətə və aqibətə qibtə edirəm.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah bir bəyanatda general-leytenant pasdar Qasem Soleymaninin terroru və şəhid edilməsi xəbərinə reaksiyada bildirib: Biz Şəhid Soleymaninin yolunu təkmilləşdirəcək, məqsədlərini həyata keçirəcək və bayrağını bütün meydanlarda dalağalandıracağıq.

Livan Hizbullahının baş katibi ədalətli qisası müqavimətin tapşırığı adlandırıb və deyib ki, mübarizlərin qatillərinin ədalətli surətdə qisas edilmələri müqavimətin məsuliyyəti, əmanəti və tapşırığıdır.

O, amerikalılar barədə də belə deyib: Amerikalı qatillər bu böyük cinayətlə özlərinin heç bir hədəflərinə çatmayacaqlar, amma Hacı Qasimin hədəfləri onun əzəmətli ruhu və qanına görə, müqavimətdən olan qardaşları və övladlarının əlləri ilə həyata keçəcəkdir.

General-leytenant pasdar Qasem Soleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edildi.

 

 

 

Teqlər