Əbdulməhdi ABŞ qüvvələrinin İraqdan çıxmalarını vurğulayıb
İraq işlərinin irəlilədiilməsi hökumətinin baş naziri Amerika qüvvələrinin çıxmalarına dair bu ölkənin qərarı və bütün iraqlı tərəflərin marağına təkid edib.
Adil Əbdulməhdi Almaniya Xxarici İşlər Nazirliyinin siyasi şöbə müdiri Filipp Akermann və həmin ölkənin Bağdaddakı səfiri Ole Diehl ilə görüşdə deyib: İraq hökuməti parlamentin amerikalı qüvvələrin bu ölkədən çıxarılmalarına dair qərarının icrası istiqamətində hərəkət edəcək.
Əbdulməhdi həmçinin İraqın, onun təhlükəsizliyi və suverenliyinin qorunması şərtilə region və dünya ölkələrilə əməkdaşlığına təkid edib.
Amerikanın cari yanvar ayının üçündə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin və İraqın Xalq Səfərbər Qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndisin şəhadətilə nəticələnən terror hücumundan sonra bu ölkə parlamentinin üzvləri yanvarın beşində amerikalı hərbçilərin İraq ərazisindən qovulmaları barədə bir layihə qəbul etdi.