Yan 17, 2020 14:24 Asia/Baku
  • Livanın cənubunda etiraz aksiyası
    Livanın cənubunda etiraz aksiyası

Bir qrup livanlı gənc bu ölkənin müxtəlif bölgələrində aksiya keçirib. Onlar Livan hökumətinin maliyyə siyasətlərini tənqid ediblər.

Bu ölkə gənclərindən yüzlərlə nəfər dünən Sur şəhərinin mərkəzində yerləşən “Livan” bankının binası qarşısına toplaşıb. Onlar hökumətə və maliyyə sistemi siyasətlərinə qarşı şüarlar verərək, investorların bank əmanətlərinin azad edilməsini tələb ediblər.

Livanın şimal və mərkəzi bölgələri, eləcə də Sayda şəhərinin əsas meydanlarında da oxşar aksiyalar keçirilib. Bəzi aksiyalarda etirazçılar polislə toqquşublar.

Ötən 48 saat ərzində Livanın paytaxtı Beyrutun qərbi və şimalındakı çaxnaşma və toqquşmalarda 55 etirazçı, həmçinin fotoqraflar və müxbirlərdən bir qrupu, eləcə də Livanın hərbi və polis qüvvələrindən onlarla nəfər yaralanıb, 65 nəfər də həbs olunubdur.

 

Teqlər