Sionist rejim fələstinli yeniyetməni ömürlük həbsə məhkum edib
Yan 19, 2020 13:46 Asia/Baku
-
Sionist rejim fələstinli yeniyetməni ömürlük həbsə məhkum edib
Sionist rejimin hərbi apellyasiya məhkəməsi bu rejim prokurorluğunun fələstinli yeniyetmə İhəm Əlsəbahın məhkumluğunun artırılması üzrə xahişini qəbul edərək, onu ömürlük həbsə məhkum edibdir.
Fələstinli yeniyetmə İhəm Əlsəbah bundan öncə 35 il həbsə məhkum edilmişdi.
Belə bir halda, Fələstinli Əsirlər Klubu bildiribdir ki, fələstinli yeniyetmə barədə zalımcasına hökm bir istisna olmayıb, bir qaydadır və daima sionist rejimin hərbi məhkəmələrindəki oxşar məhkəmə işlərində cərəyan edir.
Fələstinli Əsirlər Klubunun məlumatına görə, Əlsəbah 2016-cı il fevralın 18-də həbs olunmuşdu.
Sionist rejim Əlsəbahı bit ticarət kompleksində soyuq silah gəzdirməkdə və sionist hərbçilərə hücum etməkdə ittiham edibdir.