Yan 23, 2020 08:56 Asia/Baku
  • Livanda planlaşdırılmış çaxnaşmalar davam edir
    Livanda planlaşdırılmış çaxnaşmalar davam edir

Livanın təhlükəsizlik qüvvələri xəbər veriblər ki, bu ölkənin paytaxtı Beyrutda etirazlar davam edir. Bu məlumata görə, etiarzçılar daş və alovnanan maddələrlə ictimai məkanlara hücum edirlər.

Livanın xüsusi təyinatlı qüvvələri dünən etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.

Bir qrup etirazçı Beyruta giriş yollarını bağlayıbdır. Bəzi etirazçılar da Livan parlamentinin önündə Həssan Diabın hökumətinə qarşı çıxıblar.

Livanlı müxaliflərin etirazlarının davam etməsi elə bir haldadır ki, Həssan Diabın nazirlər kabineti çərşənbə axşamı günü gecə təşkil edildi və xalq tələblərinə, o cümlədən keçmiş rəsmilərin yeni nazirlər kabinetində iştirak etməmələrinə və hökumətin kiçildilməsinə riayət olunubdur.

Amerika və Ərəbistan, həmçinin Livandakı bəzi daxili cərəyanlar bu ölkənin yeni hökumətinin müxaliflərindəndirlər.

Teqlər