"Əsrin sövdələşməsi" əleyhinə üsyan başlayır
-
"Əsrin sövdələşməsi" əleyhinə üsyan başlayır
Fələstinin Azadlığı uğrunda Demokratik Cəbhə ABŞ-ın "əsrin sövdələşməsi" planı ilə mübarizə aparmaq üçün hərtərəfli intifazə qiyamına çağırıb.
Fars xəbər Agentliyinin məlumatına görə, Fələstinin Azadlığı uğrunda Demokratik Cəbhə amerikan-sionist "əsrin sövdələşməsi" planının təqdimatına reaksiyada bir bəyanat yayaraq, bu planı Sionist rejimə Fələstin xalqı və torpaqlarına qarşı müstəmləkəçi hərəkətlərini davam etdirmək üçün göstərilən bir yaşıl işıq kimi qiymətləndirib.
Demokratik Cəbhə bütün fələstinli qrupları məsuliyyətli olmağa və rəhbərlər səviyyəsində təcili dialoqlara çağırıb, eyni zamanda hərtərəfli milli dialoq üçün Fələstin Azadlıq Təşkilatının iclas keçirməsini, Oslo sazişınə son qoyulmasını, xalq müqavimətinin canlanmasını və hərtərəfli intifazənin təşkilini vacib hesab edibdir.
ABŞ prezidenti Donald Tramp yanvarın 24-də deyib: "İsrailin baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda keçiriləcək görüsdən əvvəl "əsrin sövdələşməsi" planını ictimaiyyət üçün açıqlayacaqdır.
Amerikan-sionist plana əsasən, Qüdsi-Şərif Sionist rejimə veriləcək, başqa ölkələrdə yaşayan fələstinli didərginlərə öz doğma torpaqlarına geri dönmək icazəsi verilməyəcək və Fələstin ölkəsi yalnız İordan Çayının Qərb sahili və Qəzzə Zolağındakı ərazilərə şamil olacaq.