Ərəb Liqasının baş katibi: " əsrin sazişi" planı fələstinlilərin hüquqlaının tapdalanması deməkdir
-
Ərəb Liqasının baş katibi: " əsrin sazişi" planı fələstinlilərin hüquqlaının tapdalanması deməkdir
Ərəb Liqasının baş katibi ABŞ prezidenti tərəfindən sülh planı adlandırılan "əsrin sövdələşməsi" planının təqdim olunmasına reaksiya olaraq, onun fələstinlilərin hüquqlarını pozduğunu vurğulayıb.
Əl-Cəzirə telekanalının məlumatına görə, Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeyt yanvarın 29-da jurnalistlətr qarşısında deyib: "ABŞ-ın "əsrin sövdələşməsi" planının müddəalarından ilk görünən odur ki, bu planda fələstinlilərin öz ölkələrində leqal hüquqları geniş şəkildə pozulur.
A.Əbul-Qeyt bu planı ABŞ-ın qeyri-icbari baxışının göstəricisi kimi dəyərləndirib və deyib: " Fələstin-İsrail arasında ədalətli və daimi sülhün təmini üçüncü tərəfin iradəsindən deyil, bu iki tərəfin istəyindən asılıdır.
"İsrail tərəfindən Fələstin ərazilərinin işğal olunmasını görmədən yaxud bu işğalı qanuniləşdirməklə ədalətli və dayanıqlı sülhə nail ola bilmərik",- deyə baş katib vurğulayıb.
Eyni zamanda Ərəb Liqası şənbə günü fevralın 1-də bu ittifaqın "əsrin müqaviləsi" adı ilə tanınan ABŞ-ın dırnaqarası sülh planını müzakirə etmək məqsədilə təcili toplantı keçirmək niyyətində olduğunu bildirib.
Tramp yanvarın 28-də Sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birlikdə olarkən, bu planı təqdim etdi.
Amerikan-sionist plana əsasən, Qüds şəhəri tamamilə Sionist rejimə veriləcək, başqa ölkələrdəki fələstinli didərginlərə öz ölkələrinə geri dönmək icazəsi verilməyəcək və Fələstin ölkəsi yalnız İordan Çayının Qərb Sahilinin geri qalan hissələri və Qəzzə Zolağına şamil olacaq.