Sionist rejim qırıcıları Livanın hava məkanını pozublar
-
Sionist rejim qırıcıları Livanın hava məkanını pozublar
Sionist rejim BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozmaqda davam edərək, bu rejimin bir neçə qırıcı təyyarəsi fevralın 24-də axşam saatlarında Livanın hava məkanını pozub.
İRNA-nın məlumatına görə, Livan mediaları sionist İsrail rejimi qırıcılarının bu ölkənin cənubunda Nəbətiyyə, Mərcəiyyun, Bint Cübəyl, İqlim Əl-Toffah, Hasbiya və Əl-Ərqub məntəqələrində bir nəçə kəşfiyyat uçuşuları həyata keçirdiyindən xəbər veriblər.
Sionist rejim qırıcılarının Livan torpaqlqrına təcavüz etməsinə rəğmən, bu ölkənin cənubunda BMT-nin sülhməramlı qüvvələri (UNİFİL) bu təcavüzlərə biganə yanaşıblar.
2006-ci ildə sionist rejimin Livan ilə 33 günlük müharibəsindən sonra BMT TŞ-nin qəbul etdiyi 1701 saylı qətnamə qəbul etdi. Bu qətnamə sionist rejimi Livan əleyhinə düşmənçilik hərəkətlərdən çəkindirir, lakin təcavüzkar rejim ona məhəl qoymayaraq, mütəmadi olaraq, Livanın hava, quru və dəniz sərhədlərini pozur.