Netanyahunun yenidən baş nazir təyin olunmasına qarşı məktub imzalanıb
-
Netanyahunun yenidən baş nazir təyin olunmasına qarşı məktub imzalanıb
Sionist rejim ordusunun hava qoşunlarının yüzlərlə təqaüddə olan zabiti bu rejimin başçısına məktub ünvanlayaraq yeni kabinetin Benyamin Netanyahu tərəfindən təşkil olunmasına imkan verməməsini istəyiblər.
Yədiut Aharunut qəzeti bu gün yazıb: Hava qoşunlarının keçmiş komandanı Aviahu Ben Nunun da daxil olduğu təqaüddə olan 540 zabit bu məktubu sionist rejimin bşçısı Ruvin Rivlinə ünvanlayıblar.
Sionist rejim parlamentinin üzvlərini də xitab edən bu məktubda deyilir: Korrupsiyada, fırıldaqçılıqda və xəyanətdə ittiham olunan Netanyahu hökumət təşkil etməməlidir.
Sionist rejimin baş proluroru da bir neçə ay öncə bir bəyanatda bildirmişdi ki, sionist rejimin baş naziri Benyamin Netanyahu rəsmi şəkildə korrupsiya, saxtakarlıq və ümumi etimaddan su-istifadədə ittiham olunub.
Sionist rejimin parlamentində də çoxlu sayda nümayəndə Netanyahuya məhkəmə toxunulmazlığı hüququnun verilməsinə qarşı çıxdıqlarını bildirmişdilər.