Suriya ordusu strateji Kəfr-Nəbəl şəhərinə daxil olub
-
Suriya ordusu strateji Kəfr-Nəbəl şəhərinə daxil olub
Suriyanın ordu qüvvələri terrorçularla döyüşlərin və onları İdlibin cənubundan qovmaq üzrə səylərinin davamında Kəfr-Nəbəl şəhərinə daxil olublar.
Ənsarultəuhid və Cibhətunnusrə terror qruplarından olan yüzlərlə terrorçu dünən gecə Kəfr-Nəbəl şəhərindəki mövqeyini tərk edərək, Əlzaviyyə dağının şərq ətəklərinə qacıbdır.
Suriyanın ordu qüvvələri Kəfr-Nəbəl şəhərinin şərq darvazası olan Hass qəsəbəsinə tərəf irəliləyişi davam etdiriblər.
Suriya ordusunun İdlib, Hələb və Əlhəsəkə-nin bölgələrinə yiyələnməsi ilə/ Türkiyə ordusu terrorçulara dəstək istiqamətində son günlər dəfələrlə Suriya ordusunun mövqelərini hədəfə alıb və suriyalı qüvvələrlə döyüşübdür.
Suriya ordusu İdlib vilayətinin cənub-şərq bölgələrinin azad edilməsi üçün geniş hərbi əməliyyata başlayıb və bu müddətdə onlarla bölgəni terror qruplarının işğalından azad edə bilibdir.
İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.