Sionist rejim PUA-ları Suriyanın cənubuna hücum ediblər
Fev 27, 2020 16:13 Asia/Baku
Sionist rejimin Suriyanın cənubundakı Qunəytrə bölgəsinə qarşı PUA hücumunda bir suriyalı mülki həyatını itirib.
Sionist rejimin bir ədəd pilotsuzu Suriyanın Qunəytrə vilayətinin Hizr qəsəbəsinin cənubunda bir avtomobili hədəfə alıb. Bu hücumda avtomobilin sərnişi öldürülübdür.
Qunəytrə vilayəti işğal olunmuş Cövlan sərhədlərinin yaxınlığındadır.
Sionist rejim bəzən Suriyanın cənub bölgələrini raket və PUA hücumları hədəfinə alır. Bu hücumların əksər hissəsi bu rejimin himayəsi altında olan Suriyadakı terrorçuların əhval-ruhiyyələrini qaldırmaq üçün həyata keçirilir.
Suriya hökuməti dəfələrlə bildiribdir ki, sionist rejim və onun regional və qərbli müttəfiqləri Suriya hökumətinə qarşı vuruşan təkfirçi terror qruplarına dəstək verirlər.
Teqlər