İdlib vilayətinin cənubu tam şəkildə azad edilib
Fev 27, 2020 16:29 Asia/Baku
"Suriya insan haqları gözətçisi" adlı mərkəz İdlib vilayətinin cənubunun Suriya ordusu tərəfindən tam şəkildə azad edildiyini bildirib.
Suriya ordusu bu gün terrorçuların İdlibin cənubundakı mövqelərini məhv edərək, bu bölgəni tam nəzarətə alıbdır.
Suriya ordusu həmçinin Həmah vilayətinin qərbindəki Ələnkavi, Qəlidin, Əlhuvəycə, Əlhəvaş, Ələmqiyyə və Beyt-Rəəs bölgələrini terrorçuların işğalından çıxarıbdır.
Suriya ordsunun İdlib və Hələb vilayətlərindəki əməliyyatları yanvarın 24-dən başlanıb və indi də davam edir.
Teqlər