Türkiyə hərbçiləri İdlibdə terrorçuların himayədarları rolunu oynayırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358481-türkiyə_hərbçiləri_İdlibdə_terrorçuların_himayədarları_rolunu_oynayırlar
Suriyanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasının Suriyanın İdlib vilayəti barədəki fövqəladə iclasında deyib ki, Türkiyə hərbçiləri bu vilayətdə terrorçuların himayədarları rolunu oynayırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2020 11:58 Asia/Baku
  • Türkiyə hərbçiləri İdlibdə terrorçuların himayədarları rolunu oynayırlar
    Türkiyə hərbçiləri İdlibdə terrorçuların himayədarları rolunu oynayırlar

Suriyanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasının Suriyanın İdlib vilayəti barədəki fövqəladə iclasında deyib ki, Türkiyə hərbçiləri bu vilayətdə terrorçuların himayədarları rolunu oynayırlar.

Bəşşar Əlcəfəri bu iclasda qeyd edib ki, Türkiyə ordusu özünün Suriyanın şimalındakı gözətçi mərkəzlərini terror qruplarına dəstək istiqamətində əməliyyat otaqlarına çeviribdir. Əslində bu mərkəzlərin yaradılmasında məqsəd, terrorçuların hərəkətlərinə nəzarət olubdur.

Əlcəfəri vurğulayıb ki, Suriya başqasının torpaqlarında deyil, öz torpaqlarında terrorizm ilə mübarizə aparır. O, deyib: Suriyalı qüvvələrin terrorizmlə mübarizəsi BMT qətnamələrinə əsasən davam edəcək.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Türkiyənin suriyalı mülkilərdən insan qalxanı kimi istifadə üzrə cinayətkarcasına hərəkətlərini də pisləyibdir.

Rusiyanın BMT-dəki dami nümayəndəsi Vasili Nebenzya da bu iclasda vurğulayıb ki, terrorçular İdlib vilayətindəki atəşkəsi pozublar. O, deyib: Suriyanın terrorçuların hücumlarına cavab vermək haqqı var.