Sionistlərin basqınında 260-dan çox fələstinli yaralanıb
-
Sionistlərin basqınında 260-dan çox fələstinli yaralanıb
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə qarşı basqını Əlxəlildə 70 fələstinli daxil olmaqla 260-dan çox fələstinlinin yaralanması ilə nəticələnib.
Yüzlərlə fələstinli Əlxəlildə, “Əli Buka” məscidinin qarşısına toplaşıb və cümə namazından sonra onun bağlanmış küçələrində cümə namazından sonra yürüş keçirməyə və işğalçı rejimə meydan oxuyaraq, öz məhəllələrinin mühasirəsini sındırmağa və Həzrət İbrahim(ə) hərəmində Kuşta şəhidlərinin ildönümünü qeyd etməyə hazırlaşıb hazırlaşıb
Kişi: Bu gündə Əlxəlil şəhidlərinin amalları ilə əhd-peymanımızı təzələyirik. Və deyirik ki, Fələstin xalqının iradəsi zəifləməyəcəkdir.
Kişi: Əlxəlil şəhəri aşkar şəkildə bir aparteid rejiminin mahiyyətini göstərir.
Aksiyaçılar şəhərin mərkəzi istiqamətində hərəkət ediblər. Bu şəhər 28 mindən çox yoxlama-buraxılış mərkəzi ilə mühasirə olunubdur.
İşğalçı ordu ilk yoxlama-buraxılış mərkəzində onlara hücum etdi və qəzəbli gənclər qəsbkarların və onların cinayətləri qarşısında daşla müqavimət etdilər.
Kişi: Əlxəlildə hər gün bu şəhər sakinlərini öldürürlər. Biz eyni zamanda sionist qəsəbəsalmanı da pisləyirik.
Əlxəlildə bu reportajı hazırlayarkən İordan çayının qərb sahilinin bütün bölgələrində toqquşmalar baş verdi ki, bunlar qərb sahilinin şimalında ən şiddətli toqquşmalar idi. Bu toqquşmada işğalçı hərbçilər 70 nəfəri yaraladılar.