Sionist rejimdə siyasi dalan davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358493-sionist_rejimdə_siyasi_dalan_davam_edir
Sionist rejimdə siyasi böhran iki əsas rəqibin yeni hökumətin təşkili məsələsində öz mövqeyinə israr etməsinə və ondan geri çəkilməməsinə görə davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2020 17:59 Asia/Baku
  • Sionist rejimdə siyasi dalan davam edir
    Sionist rejimdə siyasi dalan davam edir

Sionist rejimdə siyasi böhran iki əsas rəqibin yeni hökumətin təşkili məsələsində öz mövqeyinə israr etməsinə və ondan geri çəkilməməsinə görə davam edir.

Beni Qantsın başçılıq etdiyi “Kahol Lavan” adlı generallar koalisiyası Benyamin Netanyahunun sədrlik etdiyi Likud partiyası ilə hökumətin təşkili müzakirələrinin bərpası üçün şərt qoyub. O da bundan ibarətdir ki, yeni hökumətin baş nazirinin dövri olması ilə, öncə Qants, ondan sonra Netanyahu baş nazir olsun.

Bu şərt elə bir halda irəli sürülübdür ki, Likud partiyası sionist rejim parlamenti- knessetin üzvlərindən imzaların toplanmasını davam etdirir ki, 61 imza toplaya bilsin və onun hesabına bir daha Benyamin Netanyahu sionist rejimin başçısı Reuven Rivlin tərəfindən nazirlər kabinetini təşkil etmək tapşırığı almış olsun.

Belə bir halda, Likud ilə “Kahol Lavan” arasında hökumətin təşkili müzakirələri indiyədək irəliləyişə malik olmayıbdır.