Qəsb olunmuş Fələstində COVID-19-a yoluxanların sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358780-qəsb_olunmuş_fələstində_covid_19_a_yoluxanların_sayı_artıb
Sionist rejimin səhiyyə nazirliyi qəsb olunmuş Fələstində KOVİD-19-a yoluxanların sayının artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2020 08:24 Asia/Baku
  • Qəsb olunmuş Fələstində COVID-19-a yoluxanların sayı artıb
    Qəsb olunmuş Fələstində COVID-19-a yoluxanların sayı artıb

Sionist rejimin səhiyyə nazirliyi qəsb olunmuş Fələstində KOVİD-19-a yoluxanların sayının artmasından xəbər verib.

Sionist rejimin səhiyyə nazirliyi bu gün səhər işğal edilmiş Fələstində koronavirusa daha üç nəfərin yoluxduğunu təsdiq edib.

Belə bir halda, sionist rejimin 7-ci telekanalı xəbər verib ki, bu rejim ordusunun əməliyyat bölməsinin rəisi general Harun Həlifa İtaliyadan geri döndükdən sonra koronavirusa yoluxan şəxslərin saxlanıldıqları xəstəxanada karantinə salınıb.

Bu şəxslərin hesab edilməsilə işğal edilmiş Fələstində koronavirusa youxanların sayı on beş nəfərə çatıb.

Son məlumatlara görə, indiyədək dünya səviyyəsində 92 min 856 nəfər KOVİD-19-a yoluxub, 3168 nəfər də bu epidemiya nəticəsində dünya ilə vidalaşıbdır.

QƏSB OLUNMUŞ FƏLƏSTİNDƏ KORONAVİRUSA YOLUXANLAR ARTIB