Türkiyə və Rusiya İdlibdə atəşkəs barədə razılaşıblar
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Suriyanın İdlib vilayətində yaranmış gərginliklər barədə üç saat müzakirədən sonra bu vilayətdə atəşkəsin bərqərarı haqda razılığa gəliblər.
Putin Moskvada Ərdoğanla müzakirədən sonra onunla birgə mətbuat konfransında bildirib ki, iki tərəf Suriyanın İdlib vilayətində atəşkəsin bərqərarı barədə razılığa çatıb.
Ərdoğan da bu mətbuat konfransında bildirib ki, İdlibdə atəşkəs altı mart səhər saat 00:01 dəqiqədən başlanır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bildirdiyinə görə, tərəflər bu görüşdə Suriyanın ərazi bütövlüyünün qorunması və bu ölkədə böhranın yaranmasının qarşısının alınmasına təkid ediblər.
Türkiyə ordusu özünün İdlibdəki yeni hərbi avantürasının törətdiyi tələfatın artmasından və bu rüsvayçılığın miqyasının genişlənməsindən sonra İdlibdə Suriya ordusunun əməliyyatı qarşısında terrorçu qrupları himayə etmək üçün bazar günündən «Bahar Qalxanı» əməliyyatı adı altında Suriya ərazisinə qarşı yeni təcavüzə başlamışdı.
Suriya ordusunun və onun müttəfiqlərinin terror qruplarının Suriyada son bazası hesab olunan İdlib vilayətindəki əməliyyatları Türkiyənin mənfi reaksiyalarına və ardıcıl təhdidlərinə gətirib çıxarıbdır.
Türkiyə Suriyada terror qruplarının əsas himayədarlarından biridir.
Türkiyə ordusu son həftələr dəfələrlə terrorçulara dəstək istiqamətində Suriya ordusunun İdlib vilayətindəki mövqeləri və bu ölkənin infrastrukturlarını hədəfə almışdı.
Hazırda Suriyanın şimalındakı bəzi bölgələr Türkiyə ordusunun işğalı altındadır.
Ötən üç il ərzində Türkiyə ordusu dəfələrlə Suriya ərazisinə təcavüz edib. Türkiyənin Suriyanın şimalına təcavüzləri beynəlxalq səviyyədə pislənibdir.
TÜRKİYƏ VƏ RUSİYA İDLİBDƏ ATƏŞKƏS HAQDA RAZILAŞIBLAR