Likud knesset seçkiləri səslərinin yenidən sayılmasını istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i358892-likud_knesset_seçkiləri_səslərinin_yenidən_sayılmasını_istəyib
Netanyahunun partiyası knesset seçkiləri səslərinin yenidən sayılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2020 08:13 Asia/Baku
  • Likud knesset seçkiləri səslərinin yenidən sayılmasını istəyib
    Likud knesset seçkiləri səslərinin yenidən sayılmasını istəyib

Netanyahunun partiyası knesset seçkiləri səslərinin yenidən sayılmasını istəyib.

Sionist rejimin baş naziri Benyamin Netanyahunun Likud partiyası son parlament- knesset seçkilərində hökumət təşkili üçün lazımi səsi toplaya bilmədiyinə görə, səslərin yenidən sayılmasını istəyib. Likud şikayət ərizəsi göndərərək, sionist rejimin mərkəzi seçki komissiyasından istəyibdir ki, səsləri yenidən saymaqla bərabər, bütün seçki məntəqələrindəki protokolları araşdırsın.

İşğal olunmuş Fələstində keçirilən son parlament seçkilərində Likud partiyası və onun müttəfiqləri ŞAS, Torat yəhudiləri birliyi və Yəmina 58 parlament yeri əldə edərək, əksəriyyət koalisiyasının təşkilində yenə də problemlə üzləşiblər.  Partiyaların maksimum koalisiya təşkili üçün minimum 61 yerə ehtiyacı var, amma hazırkı səslər bunu mümkünsüz edir.

Knesset seçkilərinin üçüncü etapı bazar ertəsi günü elə bir halda keçirildi ki, öncəki iki dövrdə də hökumətin təşkili məsələsi uğursuz qalmışdı.

 

LİKUD SƏSLƏRİN YENİDƏN SAYILMASINI İSTƏYİB