Məscidiulhəram açılıb, amma ümrə həcci hələ qadağandır
-
Məscidiulhəram açılıb, amma ümrə həcci hələ qadağandır
Səud hökumətinin koronavirusun yayılmasının qarşısını almaq üçün gördüyü tədbirlərə görə müvəqqəti olaraq bağlanan Məscidiulhəram-ın qapıları bu gün səhərçağı açılıb və zəvvarlar Beytullahulhəramı təvaf və ziyarət edə bilərlər.
Bununla belə, ümrə həcci hələ qadağandır. Ərəbistanın rəsmi VAS informasiya agentliyi Məscidiulhəram məsələləri üzrə məsul şəxs Əbdurrəhman Əssudəys-ə istinadla xəbər verib ki, səud kralı, kral Salman bin Əbduləziz Məscidiulhəram-ın ümrə həcci keçirənlər üçün deyil, yalnız zəvvarlar üçün bu gün səhər tezdən açılmasına icazə veribdir.
Məscidiulhəram məsələləri üzrə məsul şəxs həmçinin zəvvarlara tövsiyə edibdir ki, xidmət göstərmək üçün Məscidiulhəram-ın bütün işçiləri ilə həmkarlıq və profilaktik tədbirlərə riayət zəruridir.
Deyilənlərə görə, Məscidiulhəram-ın bu formada və xəstəliyin yayılmasına görə bağlanması tarixdə nadir bir haldır.
MƏSCİDULHƏRAM AÇILIB, AMMA ÜMRƏ HƏCCİ HƏLƏ QADAĞANDIR