Netanyahunun dövrü bitib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359001-netanyahunun_dövrü_bitib
Netanyahunun dövrünün bitdiyini deyən sionist rejimin mavi-ağ koalisiyası partiyasının sədri bildirib ki, yeni hökuməti təşkil edəcək və seçkilərin dördüncü tura çəkməsinə icazə verməyəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2020 10:15 Asia/Baku
  • Netanyahunun dövrü bitib

Netanyahunun dövrünün bitdiyini deyən sionist rejimin mavi-ağ koalisiyası partiyasının sədri bildirib ki, yeni hökuməti təşkil edəcək və seçkilərin dördüncü tura çəkməsinə icazə verməyəcəkdir.

Beni Qants dünən sionist rejim knessetinə son seçkilərin nəticələrinə reaksiyada sonra bildirib ki, sionist rejim parlamenti- knesset üzvlərinin əksəriyyəti yeni hökumətin təşkili üçün mavi-ağ koalisiyası partiyasına səs verəcək.

O vurğulayıb ki, sionist rejimi nifrət yaymaqdan və parçalanmadan çıxaracaq səbatlı bir nazirlər kabineti təşkil edəcəkdir.

Martın ikisində işğal olunmuş Fələstin ərazilərində keçirilən və təqribən son bir ildə sayca üçüncü olan parlament seçkilərində Benyamin Netanyahunun başçılıq etdiyi sağçı Likud partiyası 58, Beni Qantsın sədrlik etdiyi sol təmayüllü mavi-ağ koalisiyası partiyası isə 55 parlament yeri əldə etdilər.

Göründüyü kimi, bu iki partiayanın heç biri hökumətin təşkilinə lazım olan 61 parlament yeri əldə edə bilməyib. Bu üzdən, əgər Aviqdor Libermanın partiyası bu iki tərəfdən birinə qatılmazsa, sionist rejimdə siyasi çıxılmazlıq vəziyyəti davam edəcəkdir.

 

NETANYAHUNUN DÖVRÜ BİTİB