Səud koalisiyası 155 dəfə Əlhudəydədə atəşkəsi pozub
Mart 09, 2020 05:07 Asia/Baku
Yəmənin bir hərbi rəsmisi dünən gecə bildirib ki, səud təcavüzkarları və onların muzdurları ötən sutka ərzində Yəmənin Əlhudəydə vilayətində 155 dəfə atəşkəsi pozublar.
Bu hərbi rəsmi Yəmənin Əlməsirə telekanalı ilə müsahibədə qeyd edib ki, səud təcavüzkarları və onların muzdurları Əlhudəydənin müxtəlif bölgələrinə tərəf onlarla raket və mərmi atıblar.
İsveçdə Səna və Ərriyad heyətləri arasında əldə olunmuş atəşkəs 2018-ci il dekabrın 18-i səhər tezdən Yəmənin Əlhudəydə vilayətində başlandı, lakin səud koalisiyası hər gün onu pozur.
Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə əsas istiqamətdir.
SƏUDLAR ƏLHUDƏYDƏDƏ 155 DƏFƏ ATƏŞKƏSİ POZUBLAR