COVID-19 G-20-ni təxirə saldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359156-covid_19_g_20_ni_təxirə_saldı
Ali-Səud Ərəbistanda koronavirus epidemiyasını gizlətsə də bu ölkədə keçirilməli olan 20-lər qrupunun- G-20-nin iclası təxirə düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2020 18:20 Asia/Baku
  • COVID-19 G-20-ni təxirə saldı

Ali-Səud Ərəbistanda koronavirus epidemiyasını gizlətsə də bu ölkədə keçirilməli olan 20-lər qrupunun- G-20-nin iclası təxirə düşüb.

G-20-nin təşkilatçıları koronavirus epidemiyasına görə, bu qrupun kənd təsərrüfatı və su nazirlərinin Ərəbistanda keçirilməli olan iclasını naməlum müddətədək təxirə salıblar.

İclas martın 17-dən 19-dək Səudiyyə Ərəbistanında keçirilməli idi.

Səudiyyə Ərəbistanı koronavirus epidemiyasının xəbər verildiyi ilk Qərbi Asiya ölkəsidir. Lakin Ali-Səud daima bu məsələni gizlətməyə çalışırdı.

Səudiyyə hökuməti Çin daxil olmaqla Şərqi Asiya ölkələrilə ən çox ticarət əlaqələrinə malikdir, bunula belə, COVID-19-u İran əleyhinə siyasi bir mövzuya çevirməyə can atır.

 

COVID-19 G-20-Nİ TƏXİRƏ SALDI