Amerika növbəti anti-Fələstin hərəkətə əl atıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359169-amerika_növbəti_anti_fələstin_hərəkətə_əl_atıb
ABŞ dövlət departamenti Ağ Ev-in Fələstin xalqına qarşı hərəkətlərinin davamında işğal olunmuş Qüds sakinləri olan fələstinlilər barədəki tərifini dəyişərək, onları bu şəhərin şərq hissəsinin "ərəb sakinləri" adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2020 11:33 Asia/Baku
  • Amerika növbəti anti-Fələstin hərəkətə əl atıb

ABŞ dövlət departamenti Ağ Ev-in Fələstin xalqına qarşı hərəkətlərinin davamında işğal olunmuş Qüds sakinləri olan fələstinlilər barədəki tərifini dəyişərək, onları bu şəhərin şərq hissəsinin "ərəb sakinləri" adlandırıb.

"Ceruzalem Post" sionist qəzetin məlumatına görə, ABŞ dövlət departamentinin insan haqları barədəki illik hesabatı göstərir ki, Vaşinqton işğal edilmiş Qüdsün şərqinin "fələstinli sakinləri" kimi öz həmişəki tərifini dəyişərək, bundan sonra onları Beytulmuqəddəsin "ərəb sakinləri" və ya "qeyri-yəhudi sakinləri" hesab edir.

Bu məlumatda qeyd olunur ki, Amerikanın nöqteyi-nəzərincə, Fələstin muxtariyyətinin işğal edilmiş Qüdsdə heç bir qanuni ixtiyarı yoxdur. Həmin məlumatda işğal edilmiş Qüdsdə yaşayan fələstinlilər "qeyri-yəhudi sakinlər" adlandırılıblar ki, sionist rejim saxta "Yerusəlim" adı ilə onlar üçün şəxsiyyət vəsiqələri çıxarıbdır.

İşğal edilmiş Qüdsün şərqində yaşayan fələstinlilərin böyük əksəriyyətinin sionist rejim pasportu yoxdur, onların yalnız yaşayış vərəqələri vardır.

 

ABŞ-IN YENİ ANTİ-FƏLƏSTİN HƏRƏKƏTLƏRİ