İşğal olunmuş ərazilərdə ticarət mərkəzləri 5 həftə tətildir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359284-İşğal_olunmuş_ərazilərdə_ticarət_mərkəzləri_5_həftə_tətildir
Sionist rejim başçıları bu rejimin koronavirus pandemiyasına görə, işğal olunmuş ərazilərdə ticarət mərkəzlərini 5 həftə müddətinə tətil etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2020 09:40 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə ticarət mərkəzləri 5 həftə tətildir

Sionist rejim başçıları bu rejimin koronavirus pandemiyasına görə, işğal olunmuş ərazilərdə ticarət mərkəzlərini 5 həftə müddətinə tətil etməsindən xəbər veriblər.

Sionist rejimin 12-ci telekanalı dünən bildiribdir ki, bu rejim koronavirusun yayılmasının qarşısını sürətlə almaq məqsədilə işğal olunmuş ərazilərdə ticarət mərkəzlərini 5 həftə müddətinə tətil etmək niyyətindədir.

Bu bildirişə əsasən, böyük satış mərkəzləri, kafişaplar və restoranlar bağlanacaqlar. Həmçinin qeyri-zəruri fəaliyyətlər də naməlum müddətədək dayandırılacaqdır.

Koronavirusa yoluxanların sayının artması ilə dünən sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisində fövqəladə iclas keçirilib.

Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş ərazilərdə koronavirusa yoluxanların sayını 178 nəfər elan edibdir.

Bundan öncə sionist rejimin xarici işlər naziri Yesrail Katz xəbərdarlıq etmişdi ki, koronavirus işğal olunmuş ərazilərdə geniş şəkildə yayılmaq ərəfəsindədir və Təl-Əviv onu nəzarətə almağa qadir olmayacaqdır.

SİONİST REJİM TİCARƏT MƏRKƏZLƏRİNİ 5 HƏFTƏ BAĞLADI