Qədim məkanların hərbi bazaya çevrilməsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359300-qədim_məkanların_hərbi_bazaya_çevrilməsi
Ənnüsrə Cəbhəsi qruplaşması hətta İdlibin ətrafındakı tarixi məkanlardan da hərbi baza kimi istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2020 03:26 Asia/Baku
  • Qədim məkanların hərbi bazaya çevrilməsi
    Qədim məkanların hərbi bazaya çevrilməsi

Ənnüsrə Cəbhəsi qruplaşması hətta İdlibin ətrafındakı tarixi məkanlardan da hərbi baza kimi istifadə edir.

Əl-Aləm telekanalının müxbiri Rəbi Külləhu Vəndi bir reportajda terrorçuların İdlib bölgəsinin ətrafında yerləşən istehkamları haqda məlumat verib.

İdlib bölgəsinin çevrəsində Snusəş-Şirah adlı qədim abidələr yerləşir. Terrorçu qruplaşmalardan əldə olunan materialların bu arxaik məkanlardan hərbi təlim düşərgəsi kimi, xüsusilə "terrorçu Ənnüsrə Cəbhəsinə bağlı elit qüvvələr" adlanan hərbçilərin təlimi üçün istifadə edilməsini göstərməsinə baxmayaraq, yerin üzərində qörünənlər hər şey demək deyil və Suriya ordusunun bu bölgədə yerin altından aşkarlayıb ələ keçirdikləri daha çox və daha böyükdür.

Suriyalı bir hərbçinin dediyinə görə, Suriya ordusunun bu bölgəyə hücum edərək daxil olmasından sonra Türkiyə və Səudiyyə Ərəbistanının dəstəklədiyi silahlı terrorçulara məxsus bir neçə tunel və baza aşkarlanıb.  Həmçinin, bu yeraltı tunellərdən birində hərbi qərargah olan böyük bir baza tapılıb. 

Müxbir qeyd edib ki, bu tarixi və qədim şəhərə girişlərdən biri bizi, Suriya ordusunun atəşinə qarşı bir sığınacaq kimi istifadə edilə biləcək, qabaqcıl avadanlıqlarla qazılmış yeraltı bir kompleksə çatdırırdı. Elə bir sığınacaq ki, Ənnüsrə Cəbhəsi həmçinin, ondan yatmaq, təkfirçi çıxışlar və "Suriya ordusuna qarşı cihad" adlanan təlimlərin keçirilməsi məkanı kimi istifadə edirdi.

Suriyalı hərbçi bu tunellərin çox yaxşı təchiz edildiyini və  ekspertlərin fikrincə bölgə əhalisi deyil, xarici şəxslər tərəfindən inşa edildiyini söyləyib. Onun sözlərinə görə, terrorçular yerin altında hava hücumları və artilleriya atəşi qarşısında zərər çəkməyən çox böyük tunellər və sığınacaqlar inşa edibmişlər. Buna baxmayaraq, Suriya ordusu onlara daxil olub, terrorçuları məhv etməyə müvəffəq olub. 

Müxbir əlavə edib, Ənnüsrə Cəbhəsi terrorçuları həmçinin, bu yeraltı tunellərdən silah-sursat  arsenalı kimi də istifadə edirdilər. Terrorçular bu tunelləri elektrik enerjisi, kondisionerlər və sanitar qovşaqla təchiz ediblər. Onlardan bəzisi yerin beş metr dərinliyində qazılıb. Bunlara baxmayaraq, Suriya ordusu terrorçulara qarşı bir güclü hücum təşkil edərək, onların bütün röyalarını darmadağın edib.

Terrorçu qruplaşmalar, o cümlədən, Ənnüsrə Cəbhəsi terror qrupu sanaye mərkəzləri və fabrikaları hərbi bazaya çevirməklə kifayətlənməyib, hətta İdlibin ətrafında yerləşən arxaik məkanlardan da hərbi düşərgə olaraq, terrorizmi dəstəkləyən ölkələrdən gəlmiş xarici düyüşçülərə təlim keçmək üçün istifadə edirlər.