Suriyanın şimal-cənub dəhlizi bərpa edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359305-suriyanın_şimal_cənub_dəhlizi_bərpa_edilib
Suriyanın şimal-cənub dəhlizi adlandırılan Hələbdən bu ölkənin cənubuna uzanan avtomagistral təkfirçi terrorçulardan azad və orada təhlükəsizlik bərqərar edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2020 05:45 Asia/Baku
  • Suriyanın şimal-cənub dəhlizi bərpa edilib
    Suriyanın şimal-cənub dəhlizi bərpa edilib

Suriyanın şimal-cənub dəhlizi adlandırılan Hələbdən bu ölkənin cənubuna uzanan avtomagistral təkfirçi terrorçulardan azad və orada təhlükəsizlik bərqərar edilib.

Meydan olayları barədəki son məlumatlara əsasən, Suriyada müharibənin onuncu ilə daxil olduğu bir halda, hazırda ərazi hakimiyyətinin 70 faizi Bəşşar Əsədin prezidentliyi ilə bu ölkə hökumətinin əlindədir. Bu vəziyyət ötən 20 gündə Suriya ordusunun qüvvələri və bölmələrinin əməliyyatları ilə reallaşıbdır. Belə bir halda, savaşın əvvəlində və son dörd-beş ilədək çoxmilliyyətli terrorçular elə irəliləmişdilər ki, Suriyanın 80 faizini ələ keçirmişdilər. Təkfirçi terrorçular hətta Dəməşqin darvazalarına belə, daxil olmuş və ölkənin əksər sərhədlərinə yiyələnmişdilər.

Rusiyanın hərbi polisi Hələbi Laziqiyyəyə qovuşduran M-4 şosesində türkiyəli qüvvələrlə ilk müştərək patrul əməliyyatını həyata keçiribdir.

Bu birgə patrul Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyıb Ərdoğanın Moskvada əldə etdikləri son razılaşmanın maddələrinin icrası istiqamətində həyata keçirilib.

 

SURİYANIN ŞİMAL-CƏNUB DƏHLİZİ BƏRPA EDİLİB