"Əsəbət-əl-Sairin" ABŞ-ın mövqelərinə qarşı hücumun məsuliyyətini qəbul edib
-
"Əsəbət-əl-Sairin" ABŞ-ın mövqelərinə qarşı hücumun məsuliyyətini qəbul edib
"Əsəbət-əl-Sairin" adlı bir qrup Amerikanın İraqdakı hərbi mövqelərinə qarşı raket atışları əməliyyatının məsuliyyətini üzərinə götürüb.
İşğalçı ABŞ qüvvələrinin İraqdakı qərargahlarından biri olan Əltaci bazası ötən çərşənbə, həmçinin şənbə günü onlarla katyuşa raketi hücumunun hədəfinə çevrilib.
Təcavüzkar amerikalı qırıcılar da cümə günü səhər Kərbəlada inşa edilməkdə olan mülki aeroportu, həmçinin İraqın ordusu, polisi və xalq səfərbər qüvvələrinin bu vilayətdə, habelə Babil, Səlahəddin və Ələnbar vilayətlərindəki bir neçə qərargahını bombalayıblar.
Əltaci hərbi bazası Bağadaın şimalından 27 kilometr aralıda, Səlahəddin vilayətinin cənub sərhədlərinin yaxınlığında yerləşir və işğalçı ABŞ qüvvələri iraqlı hərbçilərə təlim vermək bəhanəsilə bu bazadadırlar. Belə bir halda, İraq parlamenti son zamanlar bir qərarda terrorçu ABŞ qüvvələrinin bu ölkədən qovulmalarını istədi.
ABŞ-IN MÖVQELƏRİNƏ HÜCUMUN MƏSULİYYƏTİ QƏBUL EDİLDİ