Ərəbistanda yeni həbslər dalğası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359308-Ərəbistanda_yeni_həbslər_dalğası
Ərəbistan mediaları dünən gecə bu ölkənin 298 rəsmisinin, o cümlədən Ərəbistan ordusu və polisi zabitlərindən bir qrupunun həbs olunmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2020 10:40 Asia/Baku
  • Ərəbistanda yeni həbslər dalğası
    Ərəbistanda yeni həbslər dalğası

Ərəbistan mediaları dünən gecə bu ölkənin 298 rəsmisinin, o cümlədən Ərəbistan ordusu və polisi zabitlərindən bir qrupunun həbs olunmasından xəbər veriblər.

Ərəbistanda çıxan Əkaz qəzeti bildirib ki, bu şəxslər korrupsiya və öz vəzifələrindən sui-istifadə ittihamı ilə həbs olunublar.

Səudiyyə hökuməti bundan öncə də korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində bu ölkə şahzadələri və rəsmilərindən yüzlərlə nəfəri həbs etmişdi.

İnsan haqları təşkilatlarının qənaətinə görə, səudiyyə hökumətinin özbaşına həbsləri daha çox Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın rəqiblərinin aradan götürülməsi məqsədilə həyata keçirilir.

Londonda çıxan Qardian qəzeti də son zamanlar bir reportajda bildiribdir ki, son illər Ərəbistanda baş verən dəyişikliklər prosesi aydın bir meyara əsaslanır. Muhəmməd bin Salmanın Ərəbistanın vəliəhdi olduğu zamandan bəri Ərriyad kimliyindən asılı olmayaraq, hər cür müxalifəti vəhşicəsinə yatırır.

Muhəmməd bin Salman Ərəbistanda krallıq sevdasına düşüb və atası, Ərəbistanın 85 yaşlı kralı Salman bin Əbduləzizin cismani vəziyyətinə əsasən, krallıq kürsüsünə çatmaq üzrə əsas bir şans sayılır.

 

ƏRƏBİSTANDA YENİ HƏBSLƏR DALĞASI