Sionist rejim koronavirusa təhlükəsizlik yönündən yanaşır
-
Sionist rejim koronavirusa təhlükəsizlik yönündən yanaşır
Sionist rejimin nazirlər kabineti bu rejimin təhlükəsizlik xidmətinə icazə veribdir ki, məhkəmədən icazə almadan şəxslərin telefonlarını geniş şəkildə izləsin.
Sionist "Tayms" qəzeti bu gün yazıb ki, bu rejimin daxili təhlükəsizlik tjəşkilatı- ŞİNBET şəxslərin telefon məlumatlarından bəhrələnmək üçün münasib vasitələrdən istifadə edir. Belə ki, əgər bir şəxs on dəqiqədən çox yoluxan şəxsin iki metrliyində dayanarsa, karantinə göndəriləcək.
Bu sionist qəzetin yazdığına görə, sionist rejimin nazirlər kabinetinin koronavirusun yayılmasını dayandırmaq məqsədilə atdığı addımlar hüquq azadlığının pozulması və şəxsi zonaya daxil olmaq barədə bir çox nigarançılıq yaradıbdır.
Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş ərazilərdə koronavirusa yoluxanların sayını 250 nəfər elan edib.
Sionist rejimin xarici işlər nazirliyinin bildirdiyinə görə, bu nazirliyin şöbə müdiri Yuval Rutem və 3700 sionist hərbçi karantinə alınıblar.
Son statistikalara görə, indiyədək dünyada 174 min nəfərdən çox insan koronavirusa yoluxubdur ki, bu miqdarın 6600 nəfərdən çoxu həyatını itiribdir.
SİONİST REJİM COVID-19-A TƏHLÜKƏSİZLİK YÖNÜNDƏN YANAŞIR