İraqdakı Əlqaim amerikan bazası boşaldılıb
ABŞ-ın komandanlığı altında olan üzdəniraq anti-İŞİD beynəlxalq koalisiyası dünən gecə bildirib ki, İraqın Suriya ilə sərhədində yerləşən Əlqaim bazasını boşaldıb və onun məsuliyyətini İraqın təhlükəsizlik qüvvələrinə həvalə edibdir.
Amerikan koalisiya bir bəyanatda iddia edib ki, İŞİD-ə qarşı döyüşlərdəki uğurlarına görə, daha İraqın Ələnbar vilayətindəki Əlqaim şəhərində yerləşən Əlqaib bazasına ehtiyacı yoxdur və bu bazadakı qüvvələri və təchizatlarını İraqdakı başqa bir bazalara köçürəcəkdir.
Amerikanın İraqa və müqavimət mehvərinə qarşı düşmənçilik hərəkətlərindən, xüsusən Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Hac Qasem Soleymanini və Həşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndisi namərcəsinə terror etməsindən sonra İraqda anti-amerikan hisslər olduqca güclənibdir.
General Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin Amerikanın terrorçu hökuməti tərəfindən Bağdad hava limanında namərcəsinə terror edilmələrindən sonra İraq parlamentinin üzvləri yanvarın 5-də amerikalı qüvvələrin İraqdan qovulmaları haqda bir layihə qəbul etdi.
Amma amerikalılar hələ İraqı tərk etməyiblər.
İraqın xalqı, rəsmiləri, partiya və qrupları amerikalı hərbçilərin bu ölkədə iştirakı ilə müxalifdirlər.
General Soleymani və Əbu Məhdi Əlmuhəndis və onların bir qrup silahdaşı bu il yanvarın üçündə təcavüzkar və terrorçu amerikan qüvvələrin Bağdad hava limanı yaxınlığındakı hava hücumunda şəhid edildilər.
General Soleymani İraq hökumətinin dəvətilə bu ölkəyə səfər etmişdi.
Bir çox ölkə, təşkilat və qrup Amerikanın bu terror hərəkərini pislədi.
General Soleymani və Əbu Məhdi Əlmuhəndis Qərbi Asiya bölgəsində İŞİD daxil olmaqla təkfirçi və terrorçu qruplarla mübarizənin tanınmış simalarından idilər.
İRAQDAKI ƏLQAİM AMERİKAN BAZASI BOŞALDILIB