BƏƏ-də və işğal olunmuş ərazilərdə ilk ölüm halları qeydə alınıb
BƏƏ-də və işğal olunmuş ərazilərdə koronavirusa yoluxmadan irəli gələn ilk ölüm halları qeydə alınıb.
Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş Fələstin ərazilərində koronavirusa yoluxmadan irəli gələn ilk ölüm halının qeydə alınmasından xəbər verib.
İndiyədək işğal olunmuş ərazilərdə koronavirusa yoluxma üzrə 705 hal elan edilib. Onlardan təqribən on xəstə ağır vəziyyətdədir.
BƏƏ-nin səhiyyə nazirliyi də bildiribdir ki, bu ölkədə koronavirusa yoluxma nəticəsində iki nəfər vəfat edib.
BƏƏ səhiyyə nazirliyinin məlumatında deyilir ki, ölənlərdən biri, Avropadan bu ölkəyə gəlmiş 78 yaşlı şəxsdir. Bu şəxs ərəb ölkələrindən birinin vətəndaşıdır.
Ölənlərdən digər birisi, əmirliklərdə yaşayan 58 yaşlı asiyalıdır.
Bundan öncə BƏƏ səhiyyə nazirliyi bildirmişdi ki, bu ölkədə 140 nəfər koronavirusa yoluxub.
BƏƏ-DƏ VƏ İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ İLK ÖLÜM HALLARI