Sionist rejim koronavirusla mübarizədə aciz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359666-sionist_rejim_koronavirusla_mübarizədə_aciz_qalıb
Sionist rejimin nazirlər kabineti müfəttişinin ofisi bildirib ki, koronavirus pandemiya halı almazdan öncə sionist rejimin bu virusun qarşısını almaqda aciz qalması müəyyən edilmişdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2020 10:24 Asia/Baku
  • Sionist rejim koronavirusla mübarizədə aciz qalıb

Sionist rejimin nazirlər kabineti müfəttişinin ofisi bildirib ki, koronavirus pandemiya halı almazdan öncə sionist rejimin bu virusun qarşısını almaqda aciz qalması müəyyən edilmişdi.

Sionist rejimin nazirlər kabinetinin fəaliyyətləri və siyasətlərinə nəzarət və onların araşdırılması vəzifəsinə malik olan bu kabinetin müfəttişi Matanyahu Enqlman bir hesabatda xəbərdarlıq edib ki, sionist rejimin səhiyyə sistemi bir virus pandemiyası ilə mübarizəyə hazır deyil.

Enqlmanın ofisinin hesabatı sionist rejimin müalicə xidmətlərinin ümumi hazırlığı, həmçinin təchizat, maliyyə mənbələri və proqramlaşdırmada çatışmazlıqların müşahidə olunması və bir xəstəlik pandemiyasından irəli gələn xəsarətlər barədə ciddi xəbərdarlığa malikdir.

Digər tərəfdən, sionist rejimin baş naziri Benyamin Netanyahu maliyyə işləri, təhlükəsizlik və səhiyyə nazirliklərinin məsul şəxslərilə iclasda bildirib ki, işğal olunmuş ərazilərdə ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılmalı və əczaxanalar və supermarketlər istisna olmaqla bütün satış mərkəzləri bağlanmalıdır.

Sionist rejimin məsul şəxslərinin bu addımı, sayı 1442 nəfərə çatan işğal olunmuş ərazilərdə koronavirusa yoluxanların miqdarının nəzərəçarpacaq dərəcədə artması nəticəsində atılır.

SİONİST REJİM COVID-19-UN QARŞISINDA ACİZ QALIB