Həşduşşəbi Kərbəlada səyyar xəstəxana inşa edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359694-həşduşşəbi_kərbəlada_səyyar_xəstəxana_inşa_edib
İraqda koronavirus xəstələrinin sayının 316 nəfərə artması ilə bir zamanda bu ölkənin Həşduşşəbi təşkilatı Kərbəla vilayətində bir səyyar xəstəxana inşa etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2020 05:20 Asia/Baku
  • Həşduşşəbi Kərbəlada səyyar xəstəxana inşa edib
    Həşduşşəbi Kərbəlada səyyar xəstəxana inşa edib

İraqda koronavirus xəstələrinin sayının 316 nəfərə artması ilə bir zamanda bu ölkənin Həşduşşəbi təşkilatı Kərbəla vilayətində bir səyyar xəstəxana inşa etdiyini bildirib.

İraqın xalq səfərbər təşklatı- Həşduşşəbi dünən gecə bildirib ki, bu səyyar xəstəxananın inşası koronavirusla mübarizə istiqamətində müalicə orqanlarına yardım üçün ehtiyat tədbirlərinin görülməsi məqsədilə həyata keçirilir. Bu səyyar xəstəxanada yüz çarpayı və tibbi ləvazimat var.

İraq hökumətinin son rəsmi məlumatına görə, indiyədək bu ölkədə 316 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 27 nəfər həyatını itiribdir.