Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb
-
Sionistlər arasında COVID-19-a yoluxanların sayı artıb
Sionistlər arasında COVID-19-a yoluxanların sayı 488 yeni halın qeydə alınması ilə 1930 nəfərə çatıb.
Ötən sutka ərzində daha iki sionist işğal olunmuş ərazilərdə koronavirusa yoluxma nəticəsində ölüb və ölənlərin sayı üç min nəfərə artıb.
Sionist rejim ordusu dünən axşamçağı təsdiq edib ki, bu rejim hərbçilərindən daha beş nəfər koronavirusa yoluxub və hərbçilər arasında virusa yoluxanların sayı 25 nəfərə çatıbdır.
Statistikalara görə, 6 min nəfərdən çox sionist rejim əsgəri karantindədir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən gecə xəbərdarlıq edib ki, ehtimal üzrə qarşıdakı bir ay ərzində işğal olunmuş ərazilərdə yaşayan 8 milyon 600 min nəfərdən təqribən bir milyon nəfər koronavirusa yoluxacaq və təqribən on min nəfər də bu xəstəliyə yoluxma nəticəsində həyatını itirəcək.
SİONİSTLƏR ARASINDA COVID-19-A YOLUXANLAR ARTIB