Ərriyad, Məkkə və Mədinəyə giriş və çıxış qadağan edilib
Ərəbistanda koronavirus pandemiyası ilə bir vaxtda bu ölkənin kralı Ərriyad, Məkkə və Mədinəyə giriş və çıxışı qadağan edib.
Səudiyyə kralı Salman bin Əbduləziz öz beşmaddəlik göstərişində bildirib ki, Ərəbistanın 13 bölgəsinin sakinlərinin onlardan çıxmaq və ya digər bir bölgəyə köçmək haqqı yoxdur.
Ərəbistanın səhiyyə nazirliyi də bu ölkə vətəndaşlarından daha 205 nəfərin koronavirusa yoluxmasından xəbər verib.
Səudiyyə başçıları bildiriblər ki, koronavirusun bu ölkədə yayılmasının qarşısını almaq üçün icra olunan komendant saatını pozacaq şəxslər on min səudiyyə riyalı məbləğində cərimə olunacaqlar. Bundan əlavə, onlar 20 gün həbsdə saxlanılacaqlar.
Ali-Səud xanədanı sirlərinin ifşaçısı Muctəhid də Ərəbistanın Yəmənlə cənub sərhədində yerləşən bölgələrdəki səud muzdurları arasında koronavirusun yayılmasından xəbər verib.
ƏRƏBİSTAN ŞƏHƏRLƏRİNDƏ KOMENDANT SAATI