Sionistlər arasında COVID-19 tələfatı artıb
İşğal olunmuş Fələstin ərazilərində sərt tədbirlərin görülməsinə və ümumi karantinə rəğmən, sionist rejimin səhiyyə nazirliyi bu ərazilərdə koronavirus qurbanlarının sayının artmasından xəbər verib.
Bu nazirlik bu gün bildirib ki, işğal olunmuş ərazilərdə koronavirusa yoluxanların sayı 3035, ölənlərin sayı isə 9 nəfərə çatıbdır.
Sionist rejimin səhiyyə nazirliyinin məlumatına əsasən, işğal olunmuş ərazilərdə 14674 nəfər ev karantinindədir.
Belə bir halda, sionist rejimin səhiyyə nazirliyinin bildirdiyinə görə, hazırda bu rejim xəstəxanalarında yalnız 1437 tənəffüs aparatı mövcuddur.
Sionist rejimin əmək idarəsi də son zamanlar bildiribdir ki, işğal olunmuş ərazilərdə işsizlik göstəricisi, COVID-19 pandemiyasına görə, beşqat artıbdır.
SİONİSTLƏR ARASINDA COVID-19 TƏLƏFATI ARTIB