Ərriyadda iki güclü partlayış səsi eşidilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i359861-Ərriyadda_iki_güclü_partlayış_səsi_eşidilib
Səudiyyə mediaları bu gün səhər bu ölkənin paytaxtı Ərriyadda iki güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2020 05:24 Asia/Baku
  • Ərriyadda iki güclü partlayış səsi eşidilib
    Ərriyadda iki güclü partlayış səsi eşidilib

Səudiyyə mediaları bu gün səhər bu ölkənin paytaxtı Ərriyadda iki güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.

Səud mediaları iddia ediblər ki, bu ölkənin hava hücumundan müdafiə sistemi Ərriyadın üzərində iki ballistik raketin izinə düşüblər.

Bu məlumata görə, bir raket də Ərəbistanın cənubunda yerləşən Cizan bölgəsinin səmasında izlənilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü də bildiribdir ki, bu ölkənin hava hücumundan müdafiə sistemi Yəmən paytaxtına qarşı hava hücumu keçirmək niyyətində olan təcavüzkar səud koalisiyasının qırıcılarını qovubdur.

Səud koalisiyasının Yəmən xalq inqilabına qarşı savaşı dörd gün bundan öncə özünün altıncı ilinə daxil oldu. Ötən illər ərzində on minlərlə Yəmən vətəndaşı birbaşa və ya dolayısı ilə Ərriyadın və onun müttəfiqlərinin bu təcavüzkarlığının təsiri altında öz həyatını itiribdir.

ƏRRİYADDA 2 GÜCLÜ PARTLAYIŞ SƏS EŞİDİLİB