COVID-19 sayəsində sionistlərin qəsbkarlığı
-
COVID-19 sayəsində sionistlərin qəsbkarlığı
Dünyanı hədəfə almış koronavirus sionist rejimin fələstinlilərə qarşı cinayətkarcasına hərəkətlərinə mane olmayıbdır.
İşğalçılar Əriha şəhərində fələstinlilərin üç və Ələğvar sakinlərinin ondan yuxarı evini dağıdıblar. Fələstinlilər əgər koronavirusda xilas olarlarsa, işğalçı rejim virusundan yaxa qurtarmayacaqlar.
Fələstinli ev sahibi Usam Nucum deyib: Səhər saat 8 radələrində işğalçı hərbçilər iki buldozerlə bu bölgəyə gəldilər və üç evi inşa icazəsinə malik olmaması bəhanəsilə dağıtdılar.
Fələstinli uşaq Əhməd deyir: Əhali koronavirusa yoluxmaqdan qorxur və bu vəziyyətdə işğalçı rejim bizim evlərimizi dağıdır. Bu sakinlər heç bir sığınacaq olmadan didərgin düşüblər. İşğalçı rejim «əsrin sövdələşməsi» planının icrası çərçivəsində bütün İordan düzünü müsadirə etmək ardıncadır. Dünya koronavirus pandemiyasına görə, bu sövdələşməni unudubdur.
Fələstinli ev sahibi Leys Xəmayisə deyib: Bizim əzmkarlığımıza bir xələl gəlməyəcək. Onlar hər bir evi dağıdırlar. Köməklə digər evlər tikəcəyik. Dünya koronavirusla mübarizə aparmaqla məşğuldur, işğalçı rejim isə fələstinlilərin evlərini dağıtmağı davam etdirir.
SİONİSTLƏRİN QƏSBKARLIĞI SƏNGİMİR